Zəkai: İbtidai, Orta və Təmayül
Mobil oyun · Təhsil

Zəkai: İbtidai, Orta və Təmayül

Azərbaycan dilində ibtidai, orta və təmayül sinifləri üçün test, duel və virtual laboratoriya tətbiqi.

Zəkai: İbtidai, Orta və Təmayül

Layihə haqqında

Zəkai Azərbaycan dilində biliyini yoxlamaq, öyrənmək və dostlarla yarışmaq üçün hazırlanmış təhsil oyunudur. İbtidai, orta və təmayül siniflərinin proqramını əhatə edir və öyrənməni həm maraqlı, həm də rəqabətli edir.

Əsas imkanlar:

  • Bütün fənlər bir yerdə — mövzu-mövzu sıralanmış 936 test
  • Riyaziyyat, tarix, coğrafiya, kimya, fizika, Azərbaycan dili və digər fənlər
  • Duel rejimi — dostlarla və digər istifadəçilərlə real vaxtda yarış, Tac Arena reytinqi
  • Virtual laboratoriya — kimya, fizika və biologiya üzrə 53 təcrübə
  • Çətin sualda kömək edən jokerlər
  • Gündəlik hədəflər və mükafatlar, səhvlər bölməsi, şəxsi avatar və dostlar

Texniki tərəf: tətbiq Flutter ilə yazılıb, oyun və laboratoriya animasiyaları üçün Flame mühərriki istifadə olunur. Suallar, duellər və irəliləyiş Laravel ilə hazırlanmış backend-də saxlanılır, giriş və bildirişlər Firebase ilə işləyir.